Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
Far.Az xəbər saytı

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib


Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

İlk dəfə ölkəmizdə keçirilən yarışın startında təsnifat görüşləri keçirilib. Daha sonra qrup mərhələsinin görüşlərinə və dairəvi sistem üzrə qarşılaşmalara keçid edilib.

Axşam seansında isə turnirin açılış mərasimi baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Dünya Güləş Birliyinin Büro üzvü Pedro Silva çıxış edib.

Onlar çıxışlarında çimərlik güləşinin baxımlılığı və dinamikasıyla son illər sürətlə populyarlaşdığını və ildən-ilə bu sahədə kütləviliyin artdığını bildirib və "Sea Breeze" istirahət mərkəzində keçirilən bu yarışın yüksək səviyyədə təşkil olunduğunu dilə gətiriblər.

Açılış mərasimindən sonra qrup mərhələsində 2-3-cü turların görüşləri baş tutub.

Kişilərin yarışında 6 təmsilçimiz yarımfinala vəsiqə qazanıb. Sabah 80 kq-da milli üzvləri finala çıxmaq uğrunda bir-biriylə mübarizə aparacaq. Dünya çempionu Vüsal Əliyev debütant Cavid Niftəlizadəni sınağa çəkəcək. Bu çəkidəki digər təmsilçimiz Sahib Dadaşov isə gürcüstanlı Dieqo Maxaradzeni məğlub etməyə çalışacaq.

90 kq-da iki güləşçimiz adını yarımfinala yazdırıb. Müəyyən fasilədən sonra çimərlik güləşinə qayıdan Ramiz Həsənov finalın bir addımlığında gürcüstanlı Evsem Şvelidzeylə, Əşrəf Aşırov isə Gürcüstanın digər idmançısı İuza Tsertsvadzeylə üz-üzə gələcək.

Daha bir debütant Cavid Feyziyev (+90 kq) də qonşu ölkənin idmançısı ilə münasibətləri aydınlaşdıracaq. Ağırçəkili güləşçimiz finala yüksəlmək üçün Tedore Ebanoidzeni üstələməlidir.

Qadınların mübarizəsində isə Nərgiz Səmədova (60 kq) dairəvi sistem üzrə son görüşünü Noqona Bakayokoya (Kot-d"İvuar) qarşı keçirəcək.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər