Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb
Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 34 milyard 155,1 milyon manat təşkil edib.
"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 6,9 %, ötən il avqustun 1-i ilə müqayisədə 12,9 % çoxdur.
Kredit qoyuluşunun 23 milyard 593,9 milyon manatı və yaxud 69,1 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 11,8 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 501,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 14,9 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 24,9 %-ə çatıb.
Avqustun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 059,8 milyon manat olub. Bu, illik müqayisədə 17,1 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 6 %-ə qalxıb.
Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 3-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 53-dür.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 12 % artıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi













