Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb
Far.Az xəbər saytı

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb


Bu ilin dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 451,1 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 7,4 %, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 8,2 % çoxdur.

Kredit qoyuluşunun 22 milyard 050,3 milyon manatı və yaxud 70,1 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 8,6 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 635,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi dəyişməyərək 24,3 % səviyyəsində qalıb.

Dekabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 765,5 milyon manat olub. Bu, illik müqayisədə 3,9 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 5,6 %-ə düşüb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.

Oxşar xəbərlər

Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Dünyanın ən kök adamları - 635 kq, 610 kq, 597 kq... - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər