Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları
Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur.
Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqət çəkir. Türkiyə klubu bu keçid üçün İtaliya klubuna 44 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, "Milan" gələcəkdə futbolçunun başqa kluba mümkün satışından əlavə 20 faizlik pay da əldə edəcək.
Türkiyə çempionu ilə portuqaliyalı vinger arasında imzalanacaq sözləşmənin 2030-cu ilə qədər olacağı vurğulanır. Bu müddət ərzində 27 yaşlı hücumameyilli oyunçu İstanbul təmsilçisində hər mövsüm üçün 12 milyon avro məvacib qazanacaq.
Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi Leanın transferi üzrə "Milan"la bütün detalları tam razılaşdırıb. Futbolçunun məhz bu gün tibbi yoxlanışdan keçərək rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













