Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır
Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində yenidənqurma və bərpa-gücləndirmə, Nehrəm qəsəbə 1 nömrəli uşaq bağçasında yeni tikinti, Culfa şəhər 3 nömrəli tam orta məktəbində isə cari təmir işləri yekunlaşmaq üzrədir.
"Far.Az"un yerli bürosu xəbər verir ki, 522 şagird yerlik, 3 mərtəbədən ibarət Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə 30 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.
Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyi məqsədilə su anbarları nəzərdə tutulub.
️Nehrəm qəsəbəsində 60 yerlik müasir uşaq bağçasının da tikintisi həyata keçirilib. Bağçada uşaqların təlim-tərbiyəsi və asudə vaxtının səmərəli təşkili üçün yataq, idman və rəqs otaqları daxil olmaqla zəruri infrastruktur yaradılıb. Məktəb və bağçanın yaxın ərazidə yerləşməsi Nehrəm qəsəbəsində uşaqların məktəbəqədər və ümumi təhsil imkanlarının daha əlverişli şəkildə təşkilinə şərait yaradacaq.
Cari təmir işləri aparılan Culfa şəhər 3 nömrəli tam orta məktəbdə də son tamamlama işləri görülür.
Həyata keçirilən bu layihələr Naxçıvanda müasir və dayanıqlı təhsil infrastrukturunun formalaşdırılmasına, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə və şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına mühüm töhfə verir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli məktəbi və STEAM mərkəzini ziyarət ediblər
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...













