Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – Yenilənib
Far.Az xəbər saytı

Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – Yenilənib


Qətərlə Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, enerji əməkdaşlığı, təhlükəsizlik məsələləri və regional münaqişələrdə birgə vasitəçilik razılaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Hər iki ölkə iqtisadiyyatının potensialını nəzərə alaraq və yaxın gələcəkdə qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çatdırılması məqsədini bir daha təsdiqləyərək, tərəflər ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi və şaxələndirilməsi, eləcə də Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişinin (TEPA) bu məqsədə nail olunmasına verə biləcəyi töhfə baxımından yeni imkanların araşdırılması barədə razılığa gəlib", - Qətərlə Türkiyə arasında Ali Strateji Komitənin 12-ci iclasının Birgə Kommünikesində bildirilib.

Bundan əlavə, tərəflər Qətərin Türkiyəyə əhəmiyyətli həcmdə investisiyalar yatırdığını, Türkiyə podratçı şirkətlərinin isə Qətərdə ümumi dəyəri 20,8 milyard ABŞ dolları olan 206 layihə həyata keçirdiyini qeyd edib və iqtisadi-ticarət əməkdaşlığının daha da gücləndirilməsi barədə razılıq əldə olunub:

"Tərəflər, xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti sahəsində uzunmüddətli və möhkəm münasibətlərə əsaslanan konkret enerji əməkdaşlığı layihələrinin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər".

Həmçinin təhlükəsizliyə qarşı təhdidlər, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri və müdafiə siyasəti ilə bağlı məsləhətləşmələr aparmaq, birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və şəxsi heyətin təlim mübadiləsi vasitəsilə əməkdaşlığı gücləndirmək razılaşdırılıb.

"Vasitəçilik və münaqişələrin həllinə yardım sahəsindəki müvafiq rollarını nəzərə alaraq, Türkiyə və Qətər müntəzəm məsləhətləşmələr və təcrübə mübadiləsi də daxil olmaqla, əməkdaşlıq və koordinasiyanı daha da gücləndirmək, vasitəçilik, münaqişələrin həllinə yardım və qabaqlayıcı diplomatiya vasitəsilə münaqişələrin qarşısının alınması, onların dinc yolla həlli, davamlı sülh və sabitliyin təşviqi istiqamətində birgə səylərini davam etdirmək barədə razılığa gəlib", - kommünikedə qeyd olunub.

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

"Türkiyə Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında "İstehlakçının Qorunması, Bazar Nəzarəti və Yoxlanışı Sahələrində Əməkdaşlığa Dair Anlaşma Memorandumu imzalanıb", - məlumatda bildirilib.

İki ölkənin xarici işlər nazirlikləri arasında "Sülh, Barışıq və Münaqişələrin Həlli Mövzusunda Əməkdaşlıq üzrə Anlaşma Memorandumu" razılaşdırılıb.

Bundan başqa, Türkiyə ilə Qətər arasında "Təhsil Sahəsində Əməkdaşlıq Sazişi" bağlanıb:

"Türkiyə ilə Qətər Dövləti arasında Yüksək Strateji Komitənin On İkinci İclasının Birgə Bəyannaməsi" və "Qarşılıqlı Müdafiə Sazişi imzalanıb".

Qeyd edək ki, sənədlərin imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Ali Tani arasında keçirilən görüşdən sonra baş tutub.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər