Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ-nin maliyyə naziri Skott Bessentin ABŞ-nin son iki həftə ərzində regiondan 130 milyon barel neft keçirə bildiyinə dair bəyanatlarını təkzib edib.
Far.Az xəbər verir ki, bu barədə Qalibaf "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Daha əvvəl Bessent paylaşım edərək bildirib ki, Amerikanın blokadası və "İqtisadi təcrid" əməliyyatı zəifləməkdə olan İran iqtisadiyyatını darmadağın edəcək. O həmçinin qeyd edib ki, ABŞ son 14 gün ərzində regiondan 130 milyon barel neft çıxara bilib.
İran parlamentinin spikeri ABŞ-nin maliyyə nazirini yalançılıqda ittiham edib və onu Vaşinqtonun müharibə xərclərinə baxmağa çağırıb.
"Köməkçilərinizdən sizə "Moody's"in məlumatlarını təqdim etmələrini xahiş edin, həmin məlumatlara əsasən, ABŞ-nin İranla müharibə xərcləri 130 milyard dollardan çox təşkil edib", - Qalibaf yazıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi üzrə irimiqyaslı əməliyyatın başladığını elan etmişdi. Buna cavab olaraq Qalibaf qeyd edib ki, ABŞ-nin İrana göstərdiyi hərbi və iqtisadi təzyiq Vaşinqtonun özü üçün ağır nəticələrə gətirib çıxaracaq.
Oxşar xəbərlər
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
-
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb
-
Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb













