Azərbaycanın icmal büdcəsinin profisiti 8 milyard manata yaxınlaşıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xəzinədarlıq orqanları ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 % az - 1 milyon 110 mindən çox ödəniş tapşırığı icra edib.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 10 ayda icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri 34 milyard 82,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat (1 il əvvələ nisbətən 2,1 % çox), xərcləri 28 milyard 761,4 milyon manat (3,8 % çox) təşkil edib.
Son nəticədə icmal büdcədə 7 milyard 869,6 milyon manat, dövlət büdcəsində isə 4 milyard 808,2 milyon manat (21,3 % çox) profisit olub.
Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 16 milyard 65,2 milyon manat (11,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 613,5 milyon manat (6,8 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat (23,6 % çox), sair daxilolmalar 540 milyon manat (12,2 % az), Dövlət Neft Fondundan transfert 10 milyard 697 milyon manat (11,3 % az), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 606,1 milyon manat (13 % çox) təşkil edib.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













