Futzal üzrə Çempionlar Liqası: "Araz-Naxçıvan"ın bütün rəqibləri bəlli olub
Far.Az xəbər saytı

Futzal üzrə Çempionlar Liqası: "Araz-Naxçıvan"ın bütün rəqibləri bəlli olub


Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan"ın yer aldığı 5-ci qrupdakı komandaların hamısı müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, ilkin mərhələ oyunlarından sonra C qrupunun qalibi "Buba Mara" və D qrupunun lideri "Uypeşt" "qırmızı-ağlar"ın rəqibi olub.

İyulun 8-də keçirilən püşkə əsasən, 5-ci qrupa E qrupunun qalibi düşməli idi. Ancaq həmin qrupun lideri Ermənistan çempionu "Unisport" olub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz.

Buna görə də E yox, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.

Bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək. 5-ci qrupda "Piast" (Polşa), "Araz-Naxçıvan" (Azərbaycan), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypeşt" (Macarıstan) komandaları güclərini sınayacaqlar.

Qeyd edək ki, "Araz-Naxçıvan" bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək. Təmsilçimiz bu göstəricidə yalnız Qazaxıstanın "Kayrat" klubundan geri qalır.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər