Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrədə keçirilən turnirdə gümüş medal qazanıb
Far.Az xəbər saytı

Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrədə keçirilən turnirdə gümüş medal qazanıb


Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində gümüş medal qazanıb.

"Far.Az" Azərbaycan Deflimpiya Komitəsinə istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu dairəvi sistem üzrə keçirilən yarışda 3 görüşə çıxaraq sonda ikinci pilləni tutub.

O, yarış çərçivəsində Qazaxıstan, Fransa və Macarıstan təmsilçiləri ilə qarşılaşıb.

Qeyd edək ki, A.Əzizov ilk dəfə təşkil olunan "Masters Top 18" turnirində 81 kq çəki dərəcəsində gümüş medal qazanan ilk Azərbaycan idmançısı kimi tarixə düşüb.

Oxşar xəbərlər

Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Coşqun Əliyev qızıl medal qazanıb
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər