ETSN və “AZCHEMCO”nun innovativ layihəsi COP29-da təqdimata hazırdır
“AZCHEMCO” şirkəti COP29 iqlim konfransının "yaşıl zona"sında pavilyonun hazırlığını tamamlayır.
Şirkətdən “Far.Az”a bildirilib ki, “AZCHEMCO”nun pavilyonunda şoranlaşmış torpaqların bərpası və aqrar sektorda innovativ texnologiyalar təqdim olunacaq.
Pavilyonda müxtəlif tədbirlər keçiriləcək. Şirkət rəhbərliyindən əlavə, pavilyonda ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, “AZERBAZALT” şirkətinin prezidenti və təsisçisi Rafət Əliyev, “Greater Caspian Region”un prezidenti Murat Seitnepesov, “XP Group”un biznesin inkişafı üzrə direktoru Adrian Stayçu və başqaları çıxış edəcəklər.
Xatırladaq ki, bu ilin aprel ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC ilə "AZCHEMCO" MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Tərəflərin altı ay ərzində həyata keçirdiyi layihə noyabrın əvvəlində uğurla başa çatıb və COP29-da geniş ictimaiyyətə təqdim olunacaq.
Şirkət hər kəsi "yaşıl zona"dakı pavilyonu (B18) ziyarət etməyə və yeni ekoloji təmiz gələcəyə birlikdə addım atmağa dəvət edir.
Oxşar xəbərlər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb














