Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb
Far.Az xəbər saytı

Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb


Fransa Sosialist Partiyasının lideri Olivye For 2027-ci il seçkilərində ölkə prezidenti postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə siyasətçi TF1 telekanalının efirində bildirib.

Forun sözlərinə görə, o, Fransanı "daha ədalətli" etmək istədiyi üçün öz namizədliyini irəli sürmək qərarına gəlib.

Siyasətçi yarı əcnəbi mənşəyini - anasının vyetnamlı olduğunu qeyd edib. Bununla əlaqədar, o, əcnəbilərin Fransa cəmiyyətinə inteqrasiyasının faydalı olduğuna inandığını və bunun sayəsində cəmiyyətin yalnız daha da zənginləşdiyini bildirib.

For həmçinin bildirib ki, Marin Le Pen heç bir halda Fransa Prezidenti olmamalıdır. Onun fikrincə, Le Penin hakimiyyətə gəlməsi immiqrant mənşəli fransızlara baha başa gələ bilər.

Prezidentlik yarışına rəsmən qoşulmazdan əvvəl For Sosialist Partiyasından yeganə namizəd statusunu əldə etmək niyyətindədir. Bunun üçün o, oktyabr ayında partiyadaxili ilkin səsvermədə iştirak edəcək.

Fordan başqa, burada Sosialist Partiyasının üzvləri Filipp Bryun, Jerom Gec və Seqolen Ruayal, eləcə də "İctimai tribuna" partiyasının lideri Rafael Qlyuksmann iştirak edəcəklər.

Fransada prezident seçkiləri 2027-ci il aprelin 18-nə təyin edilib. Zərurət yaranarsa, ikinci tur mayın 2-də keçiriləcək.

Fransanın hazırkı Prezidenti Emmanuel Makron bu postu ardıcıl iki müddət tutduğu üçün seçkilərdə iştirak edə bilməyəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Qərb demokratiyasının qara günü - "Kaspi"nin TƏHLİLİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər