"Azərişıq" Ağdərənin elektrik təsərrüfatını yenidən qurur
"Azərişıq" ASC Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində olduğu kimi Ağdərədə də elektrik təsərrüfatını yeniləyir.
"Far.Az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, doğma yurdlarına qovuşan sakinlər keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.
Rayon ərazisində 0.4 və 35 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma işləri Ağdərənin Həsənriz, Kolatağ, Qozlu, Çıldıran, Çardaxlı, Meqrelatay, Aşağı Oratağ kəndlərini də əhatə edib. Həmin ərazilərdə 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrinin quraşdırılması həyata keçirilir.
Köç olan digər yaşayış məntəqələrində – Çapar, Heyvalı və Vənglidə də elektrik şəbəkəsi yenilənir. Həmin ərazilərdə 0.4 və 35 kV-luq metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin rayonun mövcud elektrik şəbəkəsində təmir-bərpa işləri davam etdirilir.
"Azərişıq" Ağdərə ilə yanaşı ölkənin bütün regionlarda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini həyata keçirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək, enerji itkisini minimuma endirməkdir.
Oxşar xəbərlər
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı çatıb
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb
Ağdərənin dörd kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













