Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Far.Az xəbər saytı

Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib


ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarda bizneslə məşğul olan Kanada şirkətlərinə yeni rüsumlardan qaçmaq üçün öz fəaliyyətlərini tamamilə bu ölkəyə köçürməyi təklif edib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

"Amerikada iş aparan bütün Kanada şirkətləri dərhal ABŞ-yə köçsünlər. Onların bir çoxu uzun illər əvvəl ABŞ-nin axmaq rəhbərliyinə görə gedən şirkətlərdir. Siz qayıtdıqda, daha rüsumlar olmayacaq", - Tramp bildirib.

Amerika Prezidenti həmçinin vurğulayıb ki, Kanada ilə hazırkı ticari-iqtisadi münasibətləri ABŞ üçün sərfəsiz hesab edir.

"Kanada ən çox sui-istifadə hallarına yol verən ölkələrdən biridir. Mənə Kanada maşınları lazım deyil, mənə Kanada ehtiyat hissələri lazım deyil, Kanadadan mənə heç nə lazım deyil. O, onilliklər ərzində bizi soyur. Və buna son qoyulacaq", - Tramp yazıb.

O əlavə edib ki, Kanada hakimiyyəti ölkələri ilə "Amerika ştatı kimi" rəftar edilməsini istəyir.

Əvvəllər ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib ki, Ottava sərfəli olan ikitərəfli ticarət sazişindən imtina edib. Bununla əlaqədar olaraq avqustun 22-dən Kanada mallarının bəzi kateqoriyalarına 50 faizlik Amerika rüsumları qüvvəyə minib.

Kanadanın Baş naziri Mark Karni təsdiqləyib ki, Ottava Vaşinqtonla ticarət danışıqlarını dayandırıb və cavab rüsumları tətbiq etmək niyyətindədir. Onun sözlərinə görə, ABŞ və Kanada arasında təşəbbüskarı Vaşinqton olan "ticarət müharibəsi" başlayıb.

Daha sonra Tramp ABŞ-nin 2027-ci il yanvarın 1-dən Kanada avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına 50 faizlik rüsumlar tətbiq etmək planlarını açıqlayıb. Amerika Prezidenti bildirib ki, Kanada xüsusi ticarət əlaqələrindən istifadə edərək uzun illər ərzində "ABŞ-ni soyub".

Tramp həmçinin Kanada rəhbərliyinin nümayəndələrini kloun adlandırıb, ticarət və digər ziddiyyətlərin daha da kəskinləşəcəyi təqdirdə Ottavanı ciddi fəsadlarla hədələyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər