"Pensiyalar artırılacaq"
"Ölkəmizdə pensiyalar artırılacaq".
BAKU.WS xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Deputat fikirlərini belə əsaslandırıb ki, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği 10,5 faiz artaraq 594 manata çatıb: "Bu məbləğ orta aylıq əməkhaqqının 51 faizi deməkdir. Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb.
Pensiyaların orta məbləğindəki artım daha çox bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu isə orta pensiya məbləğinə təsir göstərib.
"Əmək pensiyaları" haqqında Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti dəfə indeksləşdirilərək artırılması gələn yanvar ayında reallaşacaq. Bu zaman 2026-cı ildəki orta aylıq əməkhaqqıdakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları bir milyon yüz min vətəndaşımızı əhatə edir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
ŞAD XƏBƏR - Bu tarixdən bütün növ əmək pensiyaları artacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepal və Çində daşqınlar nəticəsində ölənlərin sayı 760 nəfəri keçib – YENİLƏNİB
-
617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır"
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəlib
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
"Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"a transfer olunub













