Netanyahu seçki ərəfəsində təhdidlərini artırdı: "Lazım gələrsə, bütün Qəzzanı işğal edərik"
İsrailin Baş naziri Benyamin Netanyahu seçki ərəfəsində İran, Qəzza, Livan və Suriya ilə bağlı sərt açıqlamalar verib. O, İranın nüvə proqramını yenidən bərpa etməsinə imkan verməyəcəyini və HƏMAS silahı yerə qoymasa, Qəzza zolağının tamamilə işğal edilə biləcəyini bildirib.
BAKU.WS xəbər verir ki, Netanyahu hökumətinə yaxın "Kanal 14" televiziyasına müsahibəsində regiondakı vəziyyətlə bağlı bir sıra açıqlamalar verib.
İsrail hökumətinin başçısı İranın nüvə proqramından imtina etmədiyini iddia edib. Onun sözlərinə görə, Tehran atom bombası hazırlamaq məqsədilə nüvə fəaliyyətini yenidən bərpa etməyə çalışır.
Netanyahu İranın əvvəlkindən daha zəif vəziyyətdə olduğunu və ölkədə vəziyyətin qeyri-sabitləşdiyini də irəli sürüb. O bildirib ki, baş nazir olduğu müddətdə İranın nüvə proqramını yenidən işə salmasına imkan verməyəcək.
Qəzza ilə bağlı danışan Netanyahu HƏMAS-ın silahlarını təhvil verməməsi halında İsrail ordusunun zolağın bütün ərazisini işğal edə biləcəyini deyib.
Baş nazir eyni zamanda Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu və gələcəkdə də buna razılıq verməyəcəyini bildirib.
Netanyahu İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq halları ilə bağlı da açıqlama verib. O, bu hücumları törədən israillilərin sayının az olduğunu iddia edərək, hadisələrin beynəlxalq mediada şişirdildiyini söyləyib.
Qeyd edək ki, İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində Netanyahunun "Likud" partiyasının reytinqinin rəqiblərindən geri qaldığı bildirilir. Ölkə daxilində baş nazirin seçki kampaniyasında təhlükə və qorxu ritorikasını ön plana çıxardığı, bununla da seçicilərin dəstəyini artırmağa çalışdığı barədə fikirlər səsləndirilir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır"
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəlib
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
"Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"a transfer olunub
-
Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb













