Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib
Beynəlxalq peyk məlumatları və analitika şirkəti "EOS Data Analytics"in təqdim etdiyi Qarabağ ərazisini əhatə edən baza xəritəsi yenilənib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") məlumat yayıb.
Bildirilib ki, yenilənmə çərçivəsində Qarabağda yerləşən yaşayış məntəqələrinin əvvəllər erməni dilində göstərilən adları Azərbaycanın rəsmi toponimləri ilə əvəzlənib. "Azərkosmos" komandası baza xəritəsində aktual olmayan yaşayış məntəqəsi adlarını müəyyən edərək "EOS Data Analytics" komandasına müraciət edib. Müraciət zamanı Azərbaycanın rəsmi Açıq Məlumatlar Portalında (Opendata.az) dərc olunan məlumatlar, eləcə də yaşayış məntəqələrinin rəsmi adlarını təsdiqləyən müvafiq məlumat bazası qarşı tərəfə təqdim olunub.
Təxminən 11 ay davam edən əməkdaşlıq və məlumat mübadiləsi nəticəsində "EOS Data Analytics"in məhsul komandası təqdim olunan rəsmi məlumatları nəzərdən keçirərək Qarabağ ərazisini əhatə edən xəritədə müvafiq yenilənmələri həyata keçirib.
Nəticədə, Xankəndi, Xocavənd, Ağdərə, Suqovuşan və Qarabağ bölgəsində yerləşən digər yaşayış məntəqələrinin rəsmi adları rəqəmsal xəritədə düzgün əks olunub.
Bu təşəbbüs Azərbaycanın rəsmi coğrafi adlarının beynəlxalq rəqəmsal xəritələrdə düzgün təqdim edilməsinə və qlobal istifadəçilərin ölkəmiz haqqında aktual, etibarlı məkan məlumatları əldə etməsinə töhfə verir. Yenilənmə, həmçinin rəsmi açıq məlumatların beynəlxalq xəritələrdəki məlumatların dəqiqliyinin artırılmasında mühüm rol oynadığını nümayiş etdirir.
Qeyd edək ki, "EOS Data Analytics" süni intellekt əsasında peyk məlumatlarının təhlili üzrə xidmətlər göstərən və bu sahədə ən çox istifadəçi sayı olan beynəlxalq
şirkətlərdəndir. Şirkət "EOS SAT-1" peyki və 20-dən çox tərəfdaş peyk qruplaşmasından əldə edilən məlumatları təhlil edərək müxtəlif sahələrdə qərarların qəbuluna xidmət edən analitik həllər təqdim edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır"
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
Putin MKİ rəhbəri ilə görüşməyib
-
Şimali Kiprdə sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB-3













