Azərbaycan Su İdman Növləri Federasiyası "Yay məktəbi" təşkil edəcək
Azərbaycan Su İdman Növləri Federasiyası sentyabrın 7-dən 11-dək 12–16 yaşlı məktəblilər üçün "Yay məktəbi" təşkil edəcək.
"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, yay tətilinin son günlərini səmərəli keçirmək məqsədilə təşkil olunacaq layihə çərçivəsində iştirakçılar su idmanı növləri ilə tanış olacaq, kayak, kanoe və akademik avarçəkmə üzrə praktiki məşğələlərdə iştirak edəcəklər.
Proqrama uşaqların Bakı Avarçəkmə və Kanoe İdmanı Klubuna gediş-gəlişi və qidalanması daxildir.
Təlimlər zamanı iştirakçıların su idmanına marağının artırılması, fiziki aktivliyə və sağlam həyat tərzinə təşviq olunması əsas diqqət mərkəzində saxlanılacaq. Məşğələlər zamanı xüsusi bacarığı və potensialı ilə seçilən uşaqlar müəyyənləşdiriləcək, onların gələcəkdə su idmanı növləri üzrə məşqlərə cəlb olunması və idman karyeralarının inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, federasiya bu layihə ilə məktəblilərin asudə vaxtının səmərəli təşkilinə, su idmanı növlərinin təbliğinə və yeni istedadların üzə çıxarılmasına töhfə verməyi qarşıya məqsəd qoyub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













