Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi
Far.Az xəbər saytı

Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt" üzərində qələbədən sonra fikirlərini bölüşüb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, mütəxəssis komandasının azlıqda qalmasına baxmayaraq, vacib üç xal qazandıqlarını bildirib. O həmçinin azarkeşlərə təşəkkürünü çatdırıb:

"Futbolçularımı təbrik edirəm. Azlıqda qalmağımıza baxmayaraq, vacib üç xal qazandıq. Bu gün rəqibimizi daha yaxından tanıdıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, hər zaman stadiona gəlib bizi dəstəkləyirlər".

Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması barədə də danışıb.

Baş məşqçi bildirib ki, "Tvente" ilə qarşılaşmada Kadiyə qırmızı vərəqə göstərilməsi üçün əsas olmayıb, lakin "Sumqayıt"la oyundakı epizodda futbolçunun cəzalandırılması düzgün qərar olub:

"Tvente" ilə oyunda qırmızı vərəqə yox idi. Amma bugünkü epizodda qırmızı vərəqə verilməli idi. Kadi ilə söhbətim oldu. Nə qədər sakitləşdirməyə çalışsam da, futbolçularda belə emosional anlar olur".

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Tvente" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər