Balıqçılıq və Akvakultura Mərkəzi: Xəzərdə ov zonası 25 dəniz milinə qədərdir
Azərbaycanın Xəzər dənizindəki balıq ovlama zonası 25 dəniz milinə qədər müəyyən edilib.
"Far.Az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bu günlərdə qüvvəyə minmiş "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlara həsr olunmuş mətbuat konfransında bildirib.
"25 dəniz milindən o biri tərəfə olan ərazi Xəzəryanı beş dövlət arasında bölünüb və ümumi ovlama zonasıdır", - deyə o qeyd edib.
Nazirlik rəsmisi fərdi qaydada balıqçılıqla məşğul olan şəxslərə 3 dəniz milindən o tərəfə keçməyə icazə verilməməsinə də münasibət bildirib: "Həmin məhdudiyyət balıq ovu ilə, verilən kvota ilə bağlı deyil. Sadəcə, Azərbaycandakı əksər balıqçıların istifadə etdiyi qayıqlar kiçik həcmli gəzinti qayıqları olduğu üçün Fövqəladə Hallar Nazirliyi onlara sahildən uzaqlaşmaq üçün 3 mil məsafə müəyyən edib. Amma biz kvotaları verərkən, 25 dəniz milinə qədər veririk. Texniki imkanları müvafiq olan gəmilər daha uzaq məsafələrdə ov edə bilərlər. Əgər balıqçıların daha müasir, dalğaya dözə biləcək gəmiləri varsa, onlara daha uzun məsafələrdə də ova icazə verilir. Hazırda müəyyən şirkətlər var ki, Xəzərin ümumi ovlama zonasında Azərbaycanın verdiyi kvota əsasında ova çıxırlar".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir













