İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq
Azərbaycanda sertifikatlı yerli toxum istehsalının artırılması və özəl sektorun toxumçuluqda rolunun genişləndirilməsi planlaşdırılır.
Far.Az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu günlərdə qüvvəyə minmiş "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlara həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, yeni qəbul olunan "Toxumçuluq haqqında" Qanun çərçivəsində özəl şirkətlərin bu sahədə fəaliyyət imkanlarının artırılması əsas istiqamətlərdəndir.
Onun sözlərinə görə, məhsuldarlığın yüksəldilməsi üçün keyfiyyətli toxumdan istifadə mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə fermerlərin sertifikatlı toxuma çıxışının genişləndirilməsi, yerli toxum istehsalının artırılması və yerli məhsula etimadın gücləndirilməsi nəzərdə tutulur.
Nazir müavini əlavə edib ki, bazarda həm yerli, həm də idxal toxumlarından istifadə edilir. Yeni yanaşma toxum istehsalının artırılması ilə yanaşı, onların keyfiyyətinə nəzarətin gücləndirilməsini və monitorinq mexanizmlərinin genişləndirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













