"Arsenal" Qabriel Jezusun "Barselona"ya keçidini açıqlayıb
İngiltərənin "Arsenal" klubunun hücumçusu Qabriel Jezus İspaniyanın "Barselona" komandasına transfer olunub.
"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu Kataloniya klubu 2029-cu ilin yayına qədər müqavilə bağlayıb.
2022-ci ilin iyulunda Premyer Liqanın digər təmsilçisi "Mançester Siti"dən "Arsenal"a keçən forvard bu komandanın heyətində bütün turnirlərdə 123 matçda meydana çıxıb və 32 qol vurub. O, 2025-ci ilin yanvarında dizindən ağır zədə alaraq 2024/2025 mövsümünün böyük hissəsini buraxsa da, "topçular"ın heyətində İngiltərə Premyer Liqasının çempionu olub.
"Palmeyras"ın yetirməsi olan Q.Jezus Braziliya yığmasının heyətində Rio-2016 Yay Olimpiya Oyunlarının çempionu olub, həmçinin 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib. O, "Mançester Siti" və "Arsenal"da ümumilikdə Premyer Liqada 200-dən çox oyunda 70-dən çox qol vurub və 5 dəfə çempionluq sevinci yaşayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













