Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
İsrailin Baş naziri Benyamin Netanyahunun "Likud" partiyası parlament seçkilərində liderlik edir. Lakin exit-poll nəticələrinə görə, hazırkı hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir.
"Report" xəbər verir ki, bu barədə səsvermə başa çatdıqdan sonra dövlətin "Kan-11" telekanalının dərc etdiyi exit-poll nəticələrində bildirilib.
Sorğunun nəticələrinə əsasən, "Likud" 120 yerlik parlamentdə 25 mandat qazanır. İkinci yerdə Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif "Yaşar" partiyası qərarlaşıb. Bu siyasi qüvvəyə 21 mandat proqnozlaşdırılır.
Bununla yanaşı, müxalifət bloku bütövlükdə hazırkı hakim koalisiyaya daxil olan partiyaları qabaqlayır. "Kan-11"in məlumatına görə, müxalifət 53, Netanyahunun bloku isə 50 mandat əldə edə bilər.
Exit-poll nəticələrinə əsasən, daha 17 mandat ərəb partiyalarına çatır. Gözlənilir ki, nə Netanyahu tərəfdarları, nə də müxalifət bu partiyalarla koalisiya qurmağa hazır olacaq.
Knessetdə parlament çoxluğunu formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur. Dərc edilən nəticələrə görə, hələlik blokların heç biri bu həddə çata bilmir.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Macarıstanda parlament seçkiləri başa çatıb, səslərin sayılmasına başlanılıb - YENİLƏNİB-5
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib













