"Bloomberg": İran hələ də AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmır
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişlərinin nüvə obyektlərinə girişinə imkan vermir.
"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bu, barədə AEBA-nın hesabatında bildirilir.
Sənədə əsasən, müfəttişlərə hələ də İsfahan, Natanz və Fordoda İsrail-Amerika hücumları nəticəsində zədələnmiş obyektlərə giriş icazəsi verilməyib. Qeyd olunur ki, AEBA sonuncu dəfə bu obyektlərdə 440 kq-dan çox yüksək zənginləşdirilmiş uran və təxminən 8 600 kq aşağı zənginləşdirilmiş uran aşkar edib.
Hesabatda bildirilir ki, bu nüvə materialı haqqında məlumatın olmaması AEBA-nın baş direktoru Rafael Qrossi üçün yayılmama ilə bağlı narahatlıqlar yaradır. O, Tehranı müfəttişlərə obyektlərə mümkün qədər tez giriş imkanı verməyə çağırıb.
Bundan əlavə, sənəddə qeyd edilir ki, müfəttişlərin sentyabrın ortalarında Buşehr Atom Elektrik Stansiyasına giriş əldə etmələri gözlənilir.
"Bloomberg" aydınlaşdırıb ki, AEBA İdarə Heyəti gələn həftə İranın nüvə proqramı ilə bağlı vəziyyəti nəzərdən keçirəcək.
Oxşar xəbərlər
Ceyhun Bayramov İrpendə Azərbaycanın dəstəyi ilə bərpa olunan obyektlərdə olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qrossi: İranda 440 kq 60 %-dək zənginləşdirilmiş uran olar bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













