Sona Ağayeva: "Dünya çempionatında qazandığım bürünc medal daha böyük uğurların başlanğıcıdır"
Far.Az xəbər saytı

Sona Ağayeva: "Dünya çempionatında qazandığım bürünc medal daha böyük uğurların başlanğıcıdır"


Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında qazandığı bürünc medalı daha böyük uğurların başlanğıcı kimi qiymətləndirib.

İdmançı bunu "Report"a açıqlamasında deyib.

"Tarixi medalı qazanmaq çox qürurverici və möhtəşəm hissdir. Dünya çempionatında bürünc medal qazanmaq və dünyanın ən güclü idmançıları sırasında üçüncü olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu uğuru sözlə ifadə etmək həqiqətən çətindir", - o bildirib.

S.Ağayeva gələcək hədəflərindən də söz açıb:

"Əsas hədəfim qarşıdakı yarışlarda uğurlu çıxış etmək və 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaqdır. Daha sonra isə ən böyük məqsədim paralimpiya çempionu olmaqdır. Növbəti yarışlarda da Azərbaycanı layiqincə təmsil edərək daha böyük uğurlar qazanmaq və ən böyük arzumu – paralimpiya çempionluğunu gerçəkləşdirmək istəyirəm. Bu bürünc medal mənim üçün son deyil, daha böyük uğurların başlanğıcıdır".

Qeyd edək ki, BC2 kateqoriyasında mübarizə aparan S.Ağayeva üçüncü yer uğrunda qarşılaşmada dünya reytinqinin 3-cü pilləsində qərarlaşan cənubi koreyalı Ahyonq Çoya qalib gələrək bürünc medalı əldə edib.

Bu, Azərbaycanın paralimpiya hərəkatı tarixində boccia idman növündə Avropa və dünya çempionatlarında qazanılan ilk medal olub.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər