Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli?
Sentyabrın 5-21-də ε-Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən məlumata görə, sentyabr ε-Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64–65 km/s-dir. Meteor yağışının mənbəyi (radiantı) Persey (Perseus) bürcündə, ε Persey ulduzunun yaxınlığında yerləşir.
Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi "109P/Swift–Tuttle" kometi olduğu halda, sentyabr ε-Perseidlərinin ana cismi hələ də dəqiq müəyyən edilməyib. Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometdən yarandığını göstərir. 2013-cü ildə müşahidə edilmiş güclü aktivlik artımının analizi də meteorların komet mənşəli olduğunu göstərib, lakin məlum kometlər arasında uyğun ana cisim aşkar edilməyib.
Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Müşahidə üçün ən əlverişli vaxt 9 sentyabr gecəsi və xüsusilə gecə yarısından sonra sübhə yaxın saatlardır. Bu zaman meteor yağışının radiantı səmada çox yüksək mövqedə yerləşəcək. Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcək. Buna görə də Ay işığı müşahidələrə demək olar ki, mane olmayacaq və bu, müşahidə şəraitini xeyli yaxşılaşdıracaq.
Meteorları izləmək üçün teleskop tələb olunmur. Meteor yağışını şəhər işıqlarından uzaq ərazidə adi gözlə müşahidə etmək və birbaşa radianta deyil, ondan təxminən 30–40° uzaqdakı səma sahəsinə baxmaq daha məqsədəuyğundur.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
BDU: Sentyabrın 5-dən 21-dək meteor yağışı olacaq
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













