Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Avropa birinciliyində 3 medal qazanıb
Far.Az xəbər saytı

Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Avropa birinciliyində 3 medal qazanıb


Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Bu barədə "Report"a Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

86 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək ikinci olub. O, təkanla qaldırmada bürünc medala yiyələnib. İdmançı bu dəfə 115 kq nəticə göstərib. Beləliklə, 2 hərəkətin cəmində 209 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.

İdmançıların mükafatlandırma mərasimində AAF-nin vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər 3 idmançımız yarışı medallarla başa vurub. Buna qədər "körpücük" üzərinə çıxan Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdıılar

Beləliklə, Azərbaycan atletləri qitəmiqyaslı yarışda ümumilikdə 9 medal əldə ediblər.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər