Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Pensilvaniya ştatının Oyl Siti və Taytusvil şəhərlərində keçirilən Dreyk Forumunda iştirak edib.
Bu barədə "Far.Az"a Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən bildirilib.
Məlumata görə, Oyl Siti şəhərində tarixi "Milli Tranzit Binası"nda ("National Transit Building") Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın "Xalçalarda xoşbəxtlik: Xalçanın insanı xoşbəxt etməsinin 10 səbəbi" kitabının təqdimatı və bu mövzuda şəhərin mədəniyyət icmasının nümayəndələri ilə görüşü baş tutub.
Sonra "Milli Tranzit Binası"nın yanında yerləşən "Boru Kəməri Keçidi"ndə ("Pipeline Alley") Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə qəbul təşkil olunub.
Qəbul çərçivəsində Azərbaycan şərabları və şirniyyatları qonaqlara təqdim edilib.
Qəbulun ardınca "Milli Tranzit Binası"nın sərgi zalında Azərbaycanın əməkdar rəssamı İrina Eldarovanın 2024-cü ildə Venesiya Biennalesində nümayiş etdirilmiş layihəsinin davamı olaraq, "Neft və İkona" adlı sərgisinin təqdimatı keçirilib.
Tədbirdə X.İbrahimlə yanaşı, Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Dreyk Enerji Forumunun prezidenti Endryu Teybler çıxış edib.
Tədbirdə həmçinin, 28 May – Müstəqillik Günü münasibətilə Bakı şəhərinin Səbail rayonu ilə qardaşlaşmış Oyl Siti şəhərinin meri Con Klak tərəfindən verilmiş bəyannaməyə qarşılıq olaraq, X.İbrahim tərəfindən ABŞ-nin və Oyl Sitinin 250 illiyi ilə bağlı bəyannamə oxunub və şəhərin merinə təqdim edilib.
Oktyabrın 20-də Dreyk Konfransının ikinci günü çərçivəsində X.İbrahim Forumun Dreyk Neft Quyusu Muzeyində keçirilən "Enerji, təhlükəsizlik və yeni qlobal iqtisadi coğrafiya" mövzusunda panel müzakirələrində iştirak və çıxış edib.
ABŞ Enerji Assosiasiyasının baş direktoru Vil Polenin moderatorluğu ilə aparılan panel müzakirələrində, həmçinin Avropa İnvestisiya Bankının Vaşinqton ofisinin strategiya və idarəetmə üzrə baş mütəxəssisi Katrin Bok, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin direktor müavini Aleksis Harmon, "Berkshire Hathaway Pipelines" şirkətinin Pensilvaniya üzrə siyasət direktoru Don Hauser, "Horizon Engage" şirkətinin istehsal üzrə baş direktoru Maykl Nayts iştirak və çıxış edib.
Çıxışlar zamanı qlobal enerji bazarlarının hazırkı vəziyyəti və inkişaf tendensiyaları, mövcud münaqişələrin enerji təhlükəsizliyinə təsirləri, kritik mineral ehtiyatlarının təchizat zəncirlərində tutduğu yer, enerji diversifikasiyasının dəstəklənməsi istiqamətində investisiya layihələri ətrafında fikir mübadiləsi aparılıb.
X.İbrahim çıxışında Azərbaycan tərəfindən çətin siyasi turbulentlik şəraitində həyata keçirilən strateji enerji layihələri barədə tədbir iştirakçılarını məlumatlandırıb, enerji siyasətimizin resurslarımızın diversifikasiyası vasitəsilə müstəqilliyimizə, eləcə də regional əməkdaşlıq və sabitliyə yatırım edilməsinə əsaslandığını bildirib.
Panel müzakirələrindən sonra səfir tərəfindən Azərbaycan adından Dreyk Muzeyində yerləşdirilməsi planlaşdırılan xatirə lövhəsinin layihəsi tədbir iştirakçılarına təqdim olunub. Xatirə lövhəsinin layihəsinin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji enerji layihələrimizin açılış mərasimləri zamanı neftin əlləri ilə üzünə çəkilməsi ənənəsinə vurğu etdiyi qeyd olunub. Lövhə layihəsinin Azərbaycan və ABŞ-də neft sənayesində çalışan insanların əl əməyinə, hər iki ölkənin ortaq neft irsinə, eləcə də dünyanın hər yerində təhlükəsizlik, əməkdaşlıq və inkişafa həsr olunduğu bildirilib.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür













