"Sizin Lombard" maliyyə vəziyyətini açıqlayıb
Far.Az xəbər saytı

"Sizin Lombard" maliyyə vəziyyətini açıqlayıb


Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən "GL" ASC 2025-ci ili 5,050 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 66,4 % çoxdur.

Ötən il "GL"in vergiyəqədərki mənfəəti 6,417 milyon manat (əvvəlki ilə nisbətən 64,1 % çox), mənfəət vergisi ödəmələri isə 1,367 min manat (56,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "GL"in aktivləri 61,064 milyon manat olub ki, bu da illik müqayisədə 15,4 % çoxdur. Bunun 50,834 milyon manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Ötən il şirkətin borc portfeli 9,9 % böyüyüb.

Hesabat "GL"in öhdəlikləri 13,5 % artaraq 57,589 milyon manata, balans kapitalı 60,3 % artaraq 3,474 milyon manata düşüb.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100 % Fərman Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər