Çox şadıq ki, çətin, məsuliyyətli həkim əməyimiz belə qiymətləndirilib - RƏY
Far.Az xəbər saytı

Çox şadıq ki, çətin, məsuliyyətli həkim əməyimiz belə qiymətləndirilib - RƏY


TƏBİB sistemində islahatın əhatə etdiyi bütün əməkdaşlar maaş artımı və digər nəzərdə tutulan planlarla bağlı xəbərləri sevinclə qarşılayıblar və bu çox zamanında verilmiş qərardır.

Bunu "Report"a Respublika neyrocərahiyyə xəstəxanasının təcili tibbi yardım şöbəsinin müdiri Polina Əliyeva Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qərarını şərh edərkən deyib.

"Bilirik ki, belə bir təşəbbüslə Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib və onun təşəbbüsünü dəstəkləyən Prezident İlham Əliyev TƏBİB sistemində işləyən səhiyyə əməkdaşlarının maaşlarının artırılması ilə bağlı qərar verib. Çox şadıq ki, bizim çətin, məsuliyyətli, riskli əməyimiz belə qiymətləndirilib", - o deyib.

Polina Əliyeva
P. Əliyeva vurğulayıb ki, islahatlar sırasında daha çox işləyən həkimin daha çox qazancı olacağı məlumatı səhiyyə işçiləri arasında entuziazmla qarşılanıb:

"Bundan əvvəl artıq iş saatının ödənilməsi çətinlik yaradırdı. Əlavə ödənişlərlə bağlı qaydalar dəqiq olmadığından bir sıra məhdudiyyətlər var idi. Yeni sistemə əsasən isə daha çox pasiyent qəbul edən, daha çox işləyən həkim daha çox qazanacaq. İndiki halda bütün o qaranlıq məqamlar nəzərə alınıb. İnanıram ki, yaxın zamanlarda dəqiq meyarlar hazırlanacaq".

Şöbə müdiri düşünür ki, maaş artımı və digər yeniliklər bu sahəyə marağı daha da artıracaq:

"İnanıram ki, tələbələrimiz üçün daha yaxşı və çox işləyib daha çox qazanc əldə etmək gözəl bir stimul olacaq və onlar da bu sahənin cəlbediciliyini digərlərinə də təbliğ edəcəklər. Bu sistemin təcrübədə tətbiqinin nəticələri özünü növbəti rübdə mütləq göstərəcək və inanıram ki, bu nəticələr müsbət olacaq və gələcək islahatlar üçün təkan verəcək".

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər