Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib
Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) Rəyasət Heyətinin 10-cu sədri Raif Dizdareviç 100 yaşında Sarayevoda vəfat edib.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, 1926-cı il dekabrın 9-da Foynitsada anadan olan Dizdareviç 1943-cü ildə Milli Azadlıq Mübarizəsinə qoşulub, 1945-ci ildə isə Yuqoslaviya Kommunist Partiyasının üzvü olub.
O, karyerasına dövlət təhlükəsizlik orqanlarında başlayıb, Xalqın Müdafiəsi və Dövlət Təhlükəsizlik idarələrində çalışıb. 1951-ci ildə isə Yuqoslaviya Federativ Xalq Respublikasının diplomatik xidmətinə keçib.
Uzunmüddətli diplomatik fəaliyyəti dövründə Dizdareviç Bolqarıstan, Sovet İttifaqı və Çexoslovakiyadakı səfirliklərdə çalışıb, 1972-ci ildə Federal Xarici İşlər katibinin müavini vəzifəsinə təyin olunub. Daha sonra 1978–1982-ci illərdə Bosniya və Herseqovina Sosialist Respublikasının Rəyasət Heyətinin sədri, 1982–1984-cü illərdə isə YSFR Assambleyasının sədri vəzifələrində çalışıb.
1984–1987-ci illərdə Federal Xarici İşlər katibi vəzifəsini tutan Dizdareviç daha sonra YSFR Rəyasət Heyətinin üzvü olub və 15 may 1988-ci ildən 15 may 1989-cu ilədək onun sədri vəzifəsində çalışıb.
Aktiv siyasi fəaliyyətdən təqaüdə çıxdıqdan sonra Sarayevoda yaşayan Dizdareviç "Titonun ölümündən Yuqoslaviyanın ölümünədək" və "Xatırlanacaq zamanlar" adlı xatirə kitabları da daxil olmaqla, bir sıra əsərlər yazıb.
Qeyd edək ki, o, Yuqoslaviyanın ilk boşnak müsəlman sədri olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Goranboyda sursat anbarında YANĞIN
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













