Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir


Region ölkələrinin mehriban qonşuluğu, əməkdaşlığı və birgə fəaliyyəti Azərbaycanın xarici siyasətinin əsaslarından biridir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ceffri Saksa verdiyi müsahibəsində bildirib.

"Biz qonşularımızla möhkəm tərəfdaşlıq, bəzi hallarda isə müttəfiqlik münasibətləri qurmuşuq", - o deyib.

H.Hacıyev Rusiya ilə münasibətləri nümunə gətirib, həmçinin İranla tarixi və dostluq əlaqələrini, ortaq mədəniyyət və ənənələri qeyd edib.

O əlavə edib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə mədəniyyət, dil yaxınlığı, tarix və ənənələr birləşdirir.

"Mərkəzi Asiya ölkələri, Xəzər dənizinin digər sahilindəki qardaşlarımızla bizi ayırmadığı, əksinə, birləşdirməsi barədə danışırıq. Mərkəzi asiyalı qardaşlarımızın yekdil siyasi qərarı ilə Azərbaycan Mərkəzi Asiyanın Məşvərət Şurasının iştirakçısı oldu. Mən həmçinin deyirəm ki, bu, sadəcə "5+1", riyaziyyat məsələsi deyil. Bu, kimya, qovuşma məsələsidir. İndi Mərkəzi Asiya "altılığa" çevrilir, çünki Azərbaycan da bu mədəniyyətə mənsubdur", - Prezdentin köməkçisi bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Almaniya-Azərbaycan: Humanitar bağlar və tarixi ənənələr - Lonqrid

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər