“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq
“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq.
"Far.Az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliyə əsasən, “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan çıxarılır.
“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, həmçinin “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan da çıxarılır.
Dəyişikliklə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na daxil edilir.
Oxşar xəbərlər
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
-
Məhəmməd Salah Avropada ən çox maaş alan futbolçu ola bilər
-
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
-
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
-
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
-
Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər