Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransının ikinci gününə start verilib.
Far.Az report-a istinadən xəbər verir ki, mövzusu "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" olan konfransın ikinci günündə bir sıra panellər baş tutacaq.
"Minalardan təsirlənmiş şəhər bərpasında siyasət inteqrasiyası", "Texnologiya və innovasiya: daha təhlükəsiz və daha çox effektiv humanitar mina təmizləmə üçün", "Ölkə nümunəsi təqdimatlar: Milli təcrübələr və dərslər humanitar sahədə öyrənilən mina fəaliyyəti" adlı panellərdə müxtəlif xarici və yerli mütəxəssislər eləcə də rəsmilər çıxış edəcəklər.
Konfrans Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Bakının ev sahibliyi etdiyi IV Beynəlxalq Minatəmizləmə Konfransında ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir.
Konfransın yekununda bəyanatın qəbul edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Rəsmilər Şəhidlər xiyabanında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib













