Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi
Far.Az xəbər saytı

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi


"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Şirkət rəhbərinə xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə irəli sürülən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb. Təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.

Hökmə əsasən, Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi - 13 il həbs cəzası verilib.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs verildi

Qeyd edək ki, hazırda təqsirli bilinən şirkət rəhbəri bu yaxınlarda məşhur iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi. Buna səbəb isə Şərurlu İsfəndiyarın bir verilişdə onu "dələduz" adlandırması olub. Səməndərov qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan bu ifadəni özünə qarşı təhqir və böhtan hesab edərək qarşı tərəfin cəzalandırılmasını istəyib. Məhkəmə şikayəti əsassız sayaraq Şərurlu İsfəndiyara bəraət verib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Şərurlu İsfəndiyar"ın həbs olunması üçün vəsatət verilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Şərurlu İsfəndiyar: "Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər