Şərurlu İsfəndiyar: "Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar"
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə növbəti məhkəmə prosesi baş tutub. Aylardır davam edən iş üzrə növbəti prosesdə məlum olub ki, "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) vəkili iştirak etmir. Bu səbəbdən məhkəmə iclası sentyabrın 18-nə kimi təxirə salınıb.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, iş adamı ona qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə özünü günahkar bilmədiyini açıqlayıb.
- Xüsusi ittihamçı Emil Səməndərovla sülh yolu ilə razılaşma ehtimalı nəzərdən keçirirsiniz?
- Hazırda məhkəmə gedir. Mən barışıq təklif etməmişəm, ümumiyyətlə, barışıq söhbəti də olmayıb.
- Emil Səməndərovu xüsusi ittihamla çıxış etməsinə əsas olan ifadəni nə əsasla işlətmisiniz? Bu ifadənin faktiki əsası varmı?
- Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı "dələduz" sözünü işlətmədiyimi qeyd etmişəm.
- Vəkillərinizin məhkəmə prosesinə gəlməməsinin səbəbi nədir? Bu, müdafiə strategiyanızın bir hissəsidir?
- Məhkəmə prosesində vəkilim xəstəliyi ilə əlaqədar iştirak etməyib. Bu prosesdə mənim bir vəkilim var, o da xəstə olduğuna görə məhkəmədə iştirak edə bilməyib.
- Xüsusi ittiham təsdiqini tapsa, sizin barənizdə, hətta həbs cəzası çıxarılacağını bilirsiniz?
- Mən özümü günahkar hesab etmirəm. Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar. Məni isə dəfələrlə məhkəməyə çağırırlar. Nə istəyirlərsə etsinlər, əllərindən gələni etsinlər. Həbsə belə hazıram, artıq bezmişəm.
Şərurlu İsfəndiyar Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab etdiyini bildirib. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir.
Xatırladaq ki, bu gün keçirilən prosesdə iş üzrə təyin edilmiş linqvistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirilib. Ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Oxşar xəbərlər
"Şərurlu İsfəndiyar"ın həbs olunması üçün vəsatət verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Şərurlu İsfəndiyar"la bağlı məhkəmədə ekspertiza təyin olunub
"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Azərbaycanda rels avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb













