Yuliya Kərimova: "Avropa çempionatı çox vacib və xüsusi yarışdır"
Far.Az xəbər saytı

Yuliya Kərimova: "Avropa çempionatı çox vacib və xüsusi yarışdır"


Avropa çempionatı çox vacib və xüsusi yarışdır.

Bu barədə "Far.Az"a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova deyib.

O, turnirlə bağlı fikirlərini bölüşüb:

"Avropa çempionatı mənim üçün çox vacib və xüsusi yarışdır. Bu, hər zaman böyük məsuliyyətdir, çünki sən təkcə özünü deyil, həm də komandanı və ölkəni təmsil edirsən. Mən bu yarışa böyük hörmətlə yanaşıram və hər çıxışımı uzun müddət üzərində çalışdığımız hər şeyi nümayiş etdirmək üçün bir fürsət kimi qəbul edirəm".

Y.Kərimova yarışda həyacanın olduğunu da söyləyib:

"Əlbəttə, həyəcan olur, amma məhz belə yarışlar insana böyük təcrübə, emosiyalar və daha güclü olmaq üçün motivasiya verir. Mənim üçün əsas olan meydana çıxmaq və bacardığım hər şeyi etməkdir ki, sonradan heç bir peşmanlığım olmasın".

Xatırladaq ki, Bakıda keçirilmiş C qrupunda üçüncü yeri tutan Azərbaycan millisi 1/8 finalda Türkiyəyə uduzub.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər