Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
Far.Az xəbər saytı

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb


ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın "Marshall Legacy Institute" təşkilatının baş direktoru Eliz Becker Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının panel sessiyasında çıxışı zamanı deyib.

O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib.

Eliz Beckerin sözlərinə görə, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb: "Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlamışıq. Onlar hazırda sahələrdə fəaliyyət göstərirlər".

O əlavə edib ki, proqramın ilkin mərhələsində yaradılmış milli potensial minaaxtaran itlər üzrə imkanların kifayət qədər sürətlə genişləndirilməsinə şərait yaradıb.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər