İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlər müzakirə edilib
Bu gün Maliyyə Nazirliyində, qurum yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini Pərvin Manafov dövlət borcu üzrə şəffaflığın təmin edilməsi, Agentliyin bu sahədə gördüyü işlər barədə ictimaiyyətin məlumatlandırılması, habelə dövlət borcu üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, Agentlik dövlət borcuna dair rüblük əsasda Hesabat, yarımillik əsasda Statistik Bülleten tərtib edir və bu məlumatlar Maliyyə Nazirliyinin internet səhifəsində dərc olunur.
İclasda "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi" sənədində nəzərdə tutulan strateji məqsədlərə tam nail olunduğu qeyd olunub. Ölkədə icra edilən və gələcəkdə planlaşdırılan layihələrin maliyyələşdirilməsi məqsədilə sənəddə nəzərdə tutulan prioritet tədbirlərin icrası barədə məlumat verilib.
Bundan başqa, dövlət vəsaitlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə Maliyyə Nazirliyinin keçirdiyi depozit hərracları, həmçinin daxili maliyyə bazarında emissiya olunan dövlət istiqrazları barədə məlumat İctimai şura üzvlərinin diqqətinə çatdırılıb.
Eyni zamanda, Azərbaycanın suveren kredit reytinqində son dövrdə müşahidə olunan müsbət dəyişikliklər, bu istiqamətdə görülən işlər və beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq barədə məlumat verilib. Həmçinin, növbəti dövr üzrə yenilənəcək Borc Strategiyası çərçivəsində nəzərdə tutulan prioritet tədbirlərin icrası üzrə qarşıda duran vəzifələr və görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı İctimai şuranın sədri İnqilab Əhmədovun və digər şura üzvlərinin fikirləri dinlənilib, dövlət borcunun idarə edilməsi istiqamətində tədbirlərin Strategiyaya uyğun həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək
-
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Sabah 44 yaşayış məntəqəsində işıq olmayacaq
-
Metsamor AES təmirdən sonra işini bərpa edib
-
Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb - ƏLAVƏ EDİLİB













