Azərbaycanda 1000-ə yaxın məsciddə din xadimi fəaliyyət göstərmir
"Azərbaycanda təxminən 2 500-ə yaxın məscid var, amma təyin edilmiş din xadimlərinin sayı 1 300 nəfərdir".
Far.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir:
"Təyinat alan din xadimlərimizin təxminən üçdə birinin isə ümumiyyətlə, nə ali, nə də orta ixtisas dini təhsili var. Xaricdə dini təhsil alıb gələnlərin sayı ən azı 3 500 civarındadır. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda dini təhsilə cəlb olunması əsas prioritet istiqamətlərimizdən biridir".
Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutunun 50-yə yaxın məzunu xarici ölkələrə təyinat alıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"SABAH-ın Məzunu 2026" tədbiri keçirilib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Azərbaycan İlahiyyat İnstitunda olublar
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













