Vəkil: Xaricdə nikahı pozulan Azərbaycan vətəndaşına qarşı digər tərəfin mülkiyyət hüququ var
Tərəfdar beynəlxalq və ikitərəfli hüquqi yardım müqavilələrinə əsasən, ölkə vətəndaşlarının xarici ölkələrdə rəsmiləşdirdiyi nikahlar Azərbaycanda rəsmi nikah statusunda qəbul edilir və tanınır.
Bunu "Far.Az"a vəkil Babək Həmidov bildirib.
Vəkil qeyd edib ki, ailə məcəlləsinin tələblərinə görə, nikahın tanınması üçün nikaha daxil olan şəxslər və nikahın özü Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində göstərilən tələblərə cavab verməlidir.
O həmçinin nikahın pozulması halında əmlak hüquqları və birgə mülkiyyətinə də münasibət bildirib:
"Nikah rəsmi tanındığı halda həmin nikah dövründə tərəflər arasında Azərbaycan ərazisində əldə edilmiş daşınar və daşınmaz əmlak varsa, tərəflərin hansının adının olmağından asılı olmayaraq digər tərəfin həmin əmlakda mülkiyyət hüququ və öz payını tələb etmək hüququ vardır. Bunu Ailə Məcəlləsi və mülki qanunvericilik tənzimləyir".
Oxşar xəbərlər
Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
-
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq













