Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər
Far.Az xəbər saytı

Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər


"İran tərəfi Rusiya ilə Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaqların satın alındığını təsdiqləyib, Moskva isə Tehrandan bununla bağlı təsdiq sənədini gözləyir".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Tacikistanda Rusiya-İran danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

"Danışıqlar zamanı fikir mübadiləsi aparıldı. İlk növbədə, bizim "Şimal-Cənub" layihəsinin həyata keçirilmə vəziyyəti, gələcək Rəşt-Astara dəmiryolu xəttinin tikintisi müzakirə olundu. İran tərəfi torpaq sahələrinin satın alındığını təsdiqlədi. Torpaqların satın alınmasının baş tutduğuna dair təsdiq gözləyirik", - deyə Overçuk qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Tacikistanda səfərdədir
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Rəşt şəhərində Xəzəryanı ölkələrin əməkdaşlıq görüşü keçirilib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər