İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub
Far.Az xəbər saytı

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub


Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal gündəmdə daha dolğun əks olunmasına imkan yaradır.

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə deyib.

S. Qafarova çıxışı zamanı Milli Məclisin beynəlxalq fəaliyyəti, müxtəlif regional və beynəlxalq parlament təşkilatlarında iştirakından danışaraq, bu çərçivədə 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətindən söz açıb.

O qeyd edib ki, Azərbaycanın bu təşkilata sədrliyi dövründə onun fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib, institusional strukturları formalaşdırılıb və regional, eləcə də beynəlxalq parlament təşkilatlar ilə əlaqələri genişləndirilib.

Bildirilib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin keçirdiyi tədbirlər 70-dən çox ölkədən parlament rəhbərləri və deputatlar da daxil olmaqla, mindən artıq iştirakçını bir araya gətirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər