FIFA UEFA-nı böhtan kampaniyasında ittiham edib
Beynəlxalq Futbol Federasiyası (FIFA) Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) təşkilatın rəhbərliyinə qarşı böhtan kampaniyasında ittiham edib.
"Report" xəbər verir ki, bu barədə "The Athletic" portalının yayımladığı FIFA bəyanatında deyilir.
Daha əvvəl jurnalist Rob Harris bildirmişdi ki, UEFA dünya çempionatı hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdlərinə görə FIFA prezidenti Canni İnfantinoya qarşı cinayət təqibi başlatmağa hazırlaşır.
"Başlıqları və iş nömrələri olan bu sorğular hüquqi sənədlər kimi rəsmiləşdirilsə də, onlar UEFA-nın FIFA-ya və onun rəhbərliyinə qarşı böhtan kampaniyasını dəstəkləyən mətbuat buraxılışlarından başqa bir şey deyil", - bəyanatda bildirilib.
İyul ayında məlum olub ki, İnfantino FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət etməli olan "FIFA Forward Enterprise" şirkətini yaratmaq təşəbbüsü ilə çıxış edib. Təşkilatdan bildirirdilər ki, bu sxem 4,2 milyard dollar cəlb edə və FIFA-ya üzv olan assosiasiyaların gəlirlərini artıra bilər.
Təşəbbüs geniş tənqidlə qarşılanıb. Xüsusən də UEFA, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (KONKAKAF), Asiya Futbol Konfederasiyası və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) onu rədd edib. Daha sonra Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar bu təşəbbüsü dəstəkləyib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













