İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb
Far.Az xəbər saytı

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb


Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən gəmi minaya düşüb.

"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, dəniz minaları ilə toqquşan tankerdə yanğın baş verib.

İranın Hərbi Dəniz Qüvvələrindən (HDQ) bildirilib ki, insident günün birinci yarısında baş verib və Hörmüz boğazının şərqində qeydə alınıb: "Qadağan olunmuş və təhlükəli zonada hərəkət edən bir neft tankeri dəniz minaları ilə toqquşub və zədələnib.

Hörmüz boğazı razılaşdırılmadan təhlükəli zonalardan keçmək niyyətində olan gəmilər üçün bağlıdır".

Xatırladaq ki, gecə saatlarında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatlarını təkzib edib. CENTCOM-un məlumatına görə, Hörmüz boğazı minalardan tamamilə təmizlənib.

Səhər saatlarında isə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda insident barədə məlumat yayıb.

Qeyd edək ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, UKMTO isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər