ISNA: Urmiya gölündə suyun səviyyəsindəki azalma dayanıb
Far.Az xəbər saytı

ISNA: Urmiya gölündə suyun səviyyəsindəki azalma dayanıb


Urmiya gölünün su səviyyəsindəki azalma tendensiyası dayanıb.

"Far.Az" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Regional Su Şirkətinin su ehtiyatları üzrə baza tədqiqatları şöbəsindən bildirilib.

"Urmiya gölünün su səviyyəsinin düşməsinin dayanması hidroloji baxımdan diqqətəlayiq bir hadisədir", - şöbədən vurğulanıb.

Əlavə olunub ki, bu vəziyyət gölün son yağıntılara verdiyi müsbət reaksiyanın əlaməti ola bilər:

"Su səviyyəsinin azalma tendensiyasının dayanması Urmiya gölünün vəziyyətində müsbət bir göstərici hesab olunur".

Xatırladaq ki, Urmiya gölü son 30 ildə su həcminin 90%-dən çoxunu itirərək kəskin quruma riski ilə üzləşib. 2025-ci ilin sonlarında demək olar ki, tamamilə duzlağa çevrilən və yox olmaq təhlükəsi yaşayan göl 2026-cı ilin yaz-yayında regiona düşən rekord yağıntılar, həmçinin bəndlərdən suyun buraxılması sayəsində yenidən canlanıb. İyunun 20-də göldə suyun həcminin 18 dəfə artdığı açıqlanıb.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər