Elvin Məmmədxanov: "Atçılıq idmanı Azərbaycanda sürətlə inkişaf edir"
Far.Az xəbər saytı

Elvin Məmmədxanov: "Atçılıq idmanı Azərbaycanda sürətlə inkişaf edir"


Atçılıq idmanı Azərbaycanda sürətlə inkişaf edir.

Bu barədə "Report"a Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Elvin Məmmədxanov məlumat verib.

Qurum rəsmisi Azərbaycanda keçiriləcək çimərlik polosu üzrə beynəlxalq turnirlə bağlı danışıb:

"Atçılıq idmanı Azərbaycanda sürətlə inkişaf edir. Uğurların səbəbi dövlətin böyük qayğısı, Prezident İlham Əliyevin bütün idman növləri ilə yanaşı, atçılığa da dəstəyidir. Bunun bariz nümunəsidir ki, ölkədə dünya və Avropa çempionatları, beynəlxalq turnirlər keçirilir. Sevindirici haldır ki, sentyabrın 11-13-də "Sea Breeze" istirahət mərkəzində çimərlik polosu üzrə ilk beynəlxalq turnir təşkil olunacaq. Dörd ölkənin iştirakı ilə möhtəşəm yarış keçiriləcək. Böyük Britaniyadan "Red Star" İsveçrədən "Sankt-Morits", Rusiyadan "Moskva" Azərbaycandan isə "Elite polo club" komandaları mübarizə aparacaqlar".

O, Azərbaycan poloçularının beynəlxalq arenadakı uğurlarını və yarışın əsas məqsədini diqqətə çatdırıb:

"Bu, poloçuların çimərlik polosu üzrə ilk turniridir. Lakin Azərbaycan komandası beynəlxalq yarışlarda böyük uğurlar əldə edib. Arena polosunda Avropa çempionu, böyük poloda iki dəfə Avropa ikincisi, İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü poloda isə iki dəfə Dünya Kubokunun sahibi olublar. Yarışın keçirilməsində məqsəd bu idman növünə marağı artırmaq, gələcəkdə daha böyük klubları və iştirakçıları dəvət etməkdir".

Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 11-13-də "Sea Breeze" istirahət mərkəzində təşkil olunacaq. Yarışın rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze"dir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.

Oxşar xəbərlər

"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Çimərlik polosu üzrə "See Breeze 2026" turniri keçiriləcək
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər