MDM-in "Clearstream" və "Euroclear"da hesablarının açılması müzakirə edilib
Far.Az xəbər saytı

MDM-in "Clearstream" və "Euroclear"da hesablarının açılması müzakirə edilib


Milli Depozit Mərkəzinin (MDM) "Clearstream" və "Euroclear"da hesablarının açılması istiqamətində həyata keçirilən proseslərin hazırkı vəziyyəti və növbəti mərhələləri müzakirə edilib.

"Far.Az" bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin sədri Elçin Əlizadə və onun müşaviri Müşfiq Əhmədli İsveçin paytaxtı Stokholmda keçirilmiş "PostTrade 360° 2026" tədbiri çərçivəsində dünyanın aparıcı beynəlxalq depozitar institutları olan "Clearstream" və "Euroclear"ın rəhbər heyətinin nümayəndələri ilə görüşlər keçirib.

Görüşlər zamanı, həmçinin MDM-in hər iki beynəlxalq depozitar sisteminə üzvlüyü ilə bağlı texniki məsələlər ətraflı nəzərdən keçirilib, mövcud tələblər, əməliyyat və texnoloji inteqrasiya məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələr çərçivəsində beynəlxalq depozitar infrastrukturu ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan kapital bazarının qlobal maliyyə bazarlarına inteqrasiyasının gücləndirilməsinin və yerli bazar iştirakçılarının beynəlxalq maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hesabların açılması və üzvlük prosesinin müvafiq mərhələləri üzrə əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Elçin Əlizadə: "Birjadankənar əqdləri tam rəqəmsal edəcək yeni OTC platforması hazırlanır" - MÜSAHİBƏ
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər