Astanada Azərbaycanın sağlamlıq turizmi imkanları təqdim edilib
Far.Az xəbər saytı

Astanada Azərbaycanın sağlamlıq turizmi imkanları təqdim edilib


Azərbaycanın Astanadakı səfirliyində ölkənin sanatoriya-kurort və sağlamlıq potensialının təqdimatı keçirilib.

"Far.Az"un Qazaxıstan bürosu xəbər verir ki, tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib və Qazaxıstanın turizm şirkətlərinin nümayəndələrini bir araya gətirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" QSC-nin baş direktoru Çingiz Hacıyev sağlamlıq mərkəzlərindəki müalicə və istirahət şəraiti, müasir tibbi avadanlıqlar, göstərilən xidmətlər və tətbiq edilən təbii müalicə üsulları barədə məlumat verib.

Bundan başqa, iştirakçılar "Kurort" Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, göndərişlərin elektron şəkildə verilməsi sistemi və "e-AHİK" bronlaşdırma platformasının imkanları barədə məlumatlandırılıb.

Görüş zamanı Azərbaycanın sanatoriya-kurort müəssisələrinə dair videomateriallar nümayiş etdirilib. Qazaxıstanın turizm şirkətlərinin nümayəndələri onları maraqlandıran suallara cavab alıblar.

Tərəflər Azərbaycanın sağlamlıq turizminin Qazaxıstan bazarında təşviqini, turizm şirkətləri arasında birbaşa əlaqələrin inkişaf etdirilməsini və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər