Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR
Far.Az xəbər saytı

Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR


Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən 32 tibb müəssisəsində əsaslı təmir işlərinin aparılması planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, bunun üçün İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2 milyon 618 min manat ayrılıb.

İşlər əsasən tibb müəssisələrinin rentgen və flüoqrafiya otaqlarını, həkim otaqlarını, idarəetmə və köməkçi sahələrini əhatə edəcək.

Qeyd edək ki, məqsəd tibb müəssisələrində köhnəlmiş və yararsız sahələri yeniləmək, həkimlərin daha rahat işləməsinə və xəstələrin daha uyğun şəraitdə tibbi xidmət almasına imkan yaratmaqdır.

Xüsusilə rentgen və flüoqrafiya otaqlarının təmiri bu sahələrin daha funksional və müasir tələblərə uyğun təşkilinə kömək edə bilər. Ümumilikdə isə təmir nəticəsində tibb müəssisələrinin sanitar vəziyyətinin, iş şəraitinin və pasiyentlər üçün yaradılan mühitin yaxşılaşdırılması gözlənilir.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər